Boksçularımız dünya çempionatında
Azərbaycan boksçuları İngiltərənin Liverpul şəhərində keçirilən dünya çempionatında 2 medal qazanıblar. Fortunamag.az xəbər verir ki, millinin heyətində Səidcəmşid Cəfərov (75 kq) və Alfonso Dominqes (90 kq) mundialı 3-cü pillədə başa vurublar.
Cəfərov (75 kq) dünya çempionatının yarımfinalında özbək idmançısı Fazliddin Erkinboyevlə qarşılaşıb və rəqib finala yüksəldiyi üçün təmsilçimiz bürünc medalla kifayətlənib.
Alfonso Dominqes (90 kq) isə yarımfinal mərhələsində braziliyalı Santos Ribeyro Filyo ilə qarşı-qarşıya gəlib. Rəqib finala adladığından dünya çempionumuz 3-cü pillədə qərarlaşıb.
Fortunamag.az
