Beynəlxalq Türk Akademiyası 15 yaşını qeyd edir
Beynəlxalq Türk Akademiyasının 15-ci ildönümü münasibətilə Türkiyənin paytaxtı Ankarada tədbir keçirilib.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Azərbaycandan da nümayəndə heyətinin iştirak etdiyi tədbirdə Türk dövlətləri arasında əlaqələrin inkişafı mövzusunda panel müzakirələr aparılıb. Həmçinin nəqliyyat və enerji, qida təhlükəsizliyi, eləcə də elm və təhsil sahələrində əlaqələrin və əməkdaşlığın gücləndirilməsi ilə bağlı çıxışlar dinlənilib.
Tədbir çərçivəsində kitab və foto sərgi də təşkil olunub.
Fortunamag.az
