Beynəlxalq seminarda Azıx, Tağlar və Qaraca abidələrində aparılan tədqiqatlar təqdim edilib
AMEA Arxeologiya və Antropologiya İnstitutunun elmi işçiləri – tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalov və Əjdər Babazadə (Qarabağ Universitetinin Azıx arxeoloji araşdırma və analiz laboratoriyasının müdiri), Danimarkada keçirilən beynəlxalq seminarda iştirak ediblər.
İnstitutdan Fortunamag.az-a bildirilib ki, tədbirdə Azad Zeynalov Azərbaycan-Danimarka beynəlxalq arxeoloji heyətin Azərbaycanın erkən hominin məskənlərindən olan Azıx mağarasında (Xocavənd), Qaraca açıq tipli paleolit düşərgəsində (Mingəçevir) və Azərbaycan-Yaponiya tədqiqat qrupunun Tağlar mağarasında (Xocavənd) apardığı araşdırmaların ilkin nəticələrini təqdim edib.
Fortunamag.az
