• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Beynəlxalq “Seeds for the Future 2025” proqramında Azərbaycan təmsil edilib

23.09.2025
Xəbərlər
Beynəlxalq “Seeds for the Future 2025” proqramında Azərbaycan təmsil edilib
Share on FacebookShare on Twitter

Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter elmləri ixtisası üzrə IV kurs tələbəsi Leyla Məmmədli “Huawei” şirkətinin beynəlxalq “Seeds for the Future 2025” proqramında iştirak edib. Fortunamag.az  “AZƏRTAC”a istinadən xəbər verir ki, o, seçilmiş 10 iştirakçıdan biri kimi Azərbaycanı təmsil etmək hüququ qazanaraq Çinin Donqguan və Şençjen şəhərlərində keçirilən proqramda yer alıb.

Bu layihədə 13 ölkədən tələbələr iştirak ediblər. Proqram çərçivəsində gənclər 5G, süni intellekt və bulud texnologiyaları mövzularında təlimlərdə iştirak edib, “Huawei”nin baş ofisi və qabaqcıl müəssisələrinə səfərlər ediblər.

Tədbirin “Mədəniyyət Günü” hissəsində BMU tələbəsi Leyla Məmmədli “Çırpınırdı Qara dəniz” mahnısını ifa edərək Azərbaycan mədəniyyətini təqdim edib. Mərasimdə ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov da iştirak edib.

Qeyd edək ki, proqrama start verilməzdən əvvəl Azərbaycanı təmsil edən tələbələrlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində görüş keçirilib. “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə vitse-prezidenti Angela Linin də qatıldığı görüşdə nazir müavini Samir Məmmədov proqramın tələbələrin texniki bilik və bacarıqlarının artırılmasına geniş imkan yaratdığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Fortunamag.az 

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.