Beynəlxalq Muğam Mərkəzində Kalvalı Əli Dədənin 150 illiyi qeyd edilib
Beynəlxalq Muğam Mərkəzində I Beynəlxalq Türk Dünyası Ənənəvi Musiqi və Mədəni Kimlik Simpoziumu çərçivəsində Kalvalı Əli Dədənin 150 illiyi münasibətilə konsert proqramı təşkil olunub.
Fortunamag.az xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə konsertin əhəmiyyəti barədə danışıb.
S.Paşazadə belə konsertlərin təşkilini təqdirəlayiq hesab edib. Əməkdar artist qeyd edib ki, Kalvalı Əli Dədə yaradıcılığına nəzər salmaq Azərbaycan musiqi irsinə verilən dəyərin bariz nümunəsidir.
Fortunamag.az
