• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzi beynəlxalq festivalda

01.12.2025
Mədəniyyət, Xəbərlər
Beynəlxalq Muğam Mərkəzi beynəlxalq festivalda
Share on FacebookShare on Twitter

Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət elçisi Sahib Paşazadə və BMM-nin solisti, Qarabağ Universitetinin müəllimi, Əməkdar artist, nağara ifaçısı Kamran Kərimov Pakistanın Kəraçi şəhərində ikinci dəfə təşkil edilən Dünya Mədəniyyəti Festivalında Azərbaycanı təmsil edirlər.

Fortunamag.az xəbər verir ki, “Art Council Pakistan”ın təşkilatçılığı ilə dekabrın 7-dək davam edəcək festivalda dünyanın 140 ölkəsindən 1000-dən artıq sənətçi çıxış edəcək.

Təşkilat komitəsi və “Art Council Pakistan”ın prezidenti Məhəmməd Əhməd Şah Azərbaycandan gələn qonaq ifaçıları qarşılayaq onlara festivalın xatirə hədiyyələrini təqdim edib. BMM-nin direktoru Sahib Paşazadə qarşılıqlı olaraq Azərbaycan mədəniyyətini təbliğ edən kitab və suvenirləri festival rəhbərliyinə hədiyyə edib. Qlobal bədii forumda azərbaycanlı musiqiçilərin konserti 29 noyabr tarixində reallaşacaq.

Sahib Paşazadə və Kamran Kərimov bu festivalda artıq ikinci dəfədir ki, ölkəmizi təmsil edirlər. Ötən il keçirilən festival zamanı ifaçılar açılış mərasimində zəngin proqramla çıxış edərək Kəraçidə yerləşən İncəsənət Universitetində Azərbaycan alətləri və musiqisi ilə bağlı ustad dərsi keçmişdilər. Azərbaycan muğamı və musiqi alətlərimiz böyük sevgi və maraqla qarşılanmışdı.

Festival çərçivəsində musiqi, teatr və rəqs tamaşaları, təsviri incəsənət nümayişləri, sənətin müxtəlif sahələrini əhatə edən panel müzakirələri və seminarlar təşkil olunur.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.