• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Beynəlxalq İT şirkətinin mərkəzi Azərbaycanda

11.09.2025
Xəbərlər
Beynəlxalq İT şirkətinin mərkəzi Azərbaycanda
Share on FacebookShare on Twitter

Bu gün Azərbaycanda “Andersen Lab”ın rəsmi mərkəzi açılıb. Mərkəz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azərbaycan İnnovasiya Mərkəzi çərçivəsində fəaliyyətə başlayıb. Fortunamag.az  “AZERTAC”a istinadən xəbər verir ki,  “Andersen Lab” dünyanın 19-dan artıq ölkəsində fəaliyyət göstərir və 3700-dən çox mütəxəssisi var. Ötən ilin oktyabrından ölkəmizdə texnopark rezidenti kimi fəaliyyət göstərir. Açılışda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov, şirkətin təsisçisi Aleksandr Komiç, vitse-prezidenti Denis Astaçpeniya və hökumətlə əlaqələr üzrə baş direktor Kiril Rudi iştirak edib.

Yeni mərkəz gənclərə nəzəri biliklərlə yanaşı, real layihələr üzərində işləmək imkanı yaradır, onların beynəlxalq səviyyədə tələb olunan bacarıqlar əldə etməsinə şərait yaradır və Azərbaycandakı rəsmi iş yeri funksiyasını yerinə yetirir. Məqsəd insan kapitalının inkişafına dəstək, İT sahəsində peşəkar kadr çatışmazlığının aradan qaldırılması və İKT xidməti ixracının gücləndirilməsidir.

Hazırda mərkəzdə aparılan əsas layihələrdən biri “IT SkillsBridge” proqramıdır. Proqram çərçivəsində iştirakçılar proqramlaşdırma, biznes analitikası, keyfiyyətə nəzarət, DevOps, mobil proqramlaşdırma və layihə idarəetməsi üzrə biliklər əldə edirlər. 14 mindən çox müraciət arasından 210 nəfər seçilib, 100 nəfər proqramı tamamlayaraq “Andersen Lab”da işləyəcək. İştirakçıların 30 faizi qadın, 70 faizi kişidir; yarısı 20–25, 30 faizi 25–30, 20 faizi isə 30–35 yaş arasındadır.

Proqram azərbaycanlı İT mütəxəssislərin beynəlxalq layihələrdə iştirakını artıracaq, ölkənin qlobal rəqəmsal xidmət bazarına inteqrasiyasını sürətləndirəcək və İKT xidmətlərinin ixracını genişləndirəcək. “Andersen Lab” layihəsi dövlət-özəl əməkdaşlığının uğurlu nümunəsi hesab olunur və gənclərin bilik, bacarıq və rəqabət qabiliyyətinin artırılmasına, Azərbaycanın regional və qlobal rəqəmsal mərkəz kimi mövqeyinin möhkəmlənməsinə töhfə verəcək.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.