• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

BDYP xəbərdarlıq edir!

07.01.2026
Xəbərlər
BDYP xəbərdarlıq edir!
Share on FacebookShare on Twitter

Baş Dövlət Yol Polisi İdarəsi dumanlı hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib.

Fortunamag.az xəbər verir ki, müraciətdə deyilir: “Hazırda ölkə ərazisinin bəzi hissələrində müşahidə olunan dumanlı hava şəraiti görünüş məsafəsini kəskin şəkildə azaldır və yol-nəqliyyat hadisələri riskini artırır. Bu şəraitdə həm sürücülərin, həm də piyadaların diqqətli və məsuliyyətli davranışı həyati əhəmiyyət daşıyır.

Sürücülərə tövsiyə olunur:

• Hərəkətə başlamazdan əvvəl duman faralarının və əsas işıqlandırma sistemlərinin sazlığını yoxlayın;

• Sürət həddini görünüş məsafəsinə uyğun seçin, qəfil manevrlərdən və ötmələrdən çəkinin;

• Öndə hərəkət edən nəqliyyat vasitəsilə təhlükəsiz məsafəni qoruyun;

• Zərurət olmadıqca dumanlı hava şəraitində səfərləri təxirə salın;

• Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin.

Piyadalara tövsiyə olunur:

• Yolu yalnız müəyyən olunmuş piyada keçidlərindən keçin;

• Qaranlıq və dumanlı hava şəraitində açıq və ya işıqəks etdirən geyimlərə üstünlük verin;

• Yolun hərəkət hissəsinə qəfil çıxmaqdan çəkinin;

• Unutmayın ki, dumanlı havada sürücünün sizi vaxtında görməsi çətinləşir”.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün hərəkət iştirakçılarını diqqətli olmağa çağırıb: “Bir anlıq ehtiyatsızlıq geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Təhlükəsiz yol – birgə məsuliyyətdir”.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.