Bayram günlərində hava necə olacaq?
Azərbaycanda 31 dekabr-2 yanvar tarixlərində gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Fortunamag.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti olacaq.
Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq.
Yanvarın 2-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq.
