• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Baş prokuror Kamran Əliyev Rumıniyada

25.11.2025
İnkişaf, Xəbərlər
Baş prokuror Kamran Əliyev Rumıniyada
Share on FacebookShare on Twitter

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti rumıniyalı həmkarı Aleks Florentanın dəvəti ilə noyabrın 23-də Buxarest şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Fortunamag.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nümayəndə heyəti Buxarest şəhərində Tey Parkında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə əklil qoyub və Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib.

Sonra Rumıniyanın Baş Prokurorluğunda görüş keçirilib.

Baş prokuror Kamran Əliyev qarşı tərəfə dəvətə görə təşəkkürünü bildirərək qeyd edib ki, Rumıniya istər siyasi, istərsə də iqtisadi sahədə Azərbaycanın əsas tərəfdaşlarından biridir və ötən müddət ərzində ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində daha da inkişaf edərək strateji xarakter alıb.

Daha sonra 2024-cü ilin oktyabr ayında iki ölkənin prokurorluqları arasında imzalanmış Anlaşma Memorandumu qeyd edilərək, cinayətkarlığın müxtəlif formalarına, o cümlədən korrupsiyaya qarşı mübarizə, ekstradisiya və cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım sahələrində praktiki əməkdaşlıq məsələləri, həmçinin qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsi ətrafında da fikir mübadiləsi aparılıb.

Aleks Florenta qurumlararası tərəfdaşlıq münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu ifadə edərək, ötən il Azərbaycana etdiyi işgüzar səfərin xüsusilə yaddaqalan olduğunu vurğulayıb.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Rumıniyanın ədliyyə naziri Radu Marinesku arasında da ikitərəfli görüş keçirilib.

Görüşdə ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında dinamik inkişaf edən əlaqələrdən məmnunluq ifadə olunub.

Tərəflər hüquqi sahədə əməkdaşlığın genişləndirilməsi, beynəlxalq və regional təşkilatlar çərçivəsində, eləcə də ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın hüquqi bazası ətrafında fikir mübadiləsi aparıblar.

Daha sonra nümayəndə heyəti Rumıniya Parlamentinin Senatının sədr müavini Robert Cazancuiclə görüşüb.

Senat sədrinin müavini qeyd edib ki, Rumıniya ilə Azərbaycan arasındakı əlaqələr qarşılıqlı etimad və səmimi dostluq prinsiplərinə əsaslanır. Bu çərçivədə dövlət başçılarının qarşılıqlı səfərləri, həmçinin parlamentlərarası əlaqələrin yüksək dinamikası vurğulanıb.

Baş prokuror yüksək qonaqpərvərliyə və səmimi qəbula görə təşəkkürünü ifadə edərək bildirib ki, enerji, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində birgə layihələrin icrası ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin əyani sübutudur.

Görüşlərdə Azərbaycan səfiri Qüdsi Osmanov da iştirak edib.

Səfər çərçivəsində, həmçinin Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin Rumıniyadakı səfirliyini ziyarət edərək, səfirliyin heyəti ilə görüşüb, iş şəraiti ilə maraqlanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.