• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Baş nazirin müavini: Çin şirkətləri Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanır

07.11.2025
Biznes, Xəbərlər
Baş nazirin müavini: Çin şirkətləri Azərbaycandakı əlverişli biznes və sərmayə mühitindən yararlanır
Share on FacebookShare on Twitter

Çin şirkətləri Azərbaycanda yaradılmış əlverişli biznes və sərmayə mühitindən yararlanaraq, ölkəmizdə müxtəlif istiqamətlər üzrə layihələr həyata keçirir.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu sözləri Çin Beynəlxalq İdxal Sərgisində iştirak üçün Şanxayda səfərdə olan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev “China Datang Corporation Ltd” və “Wontai Group” şirkətlərinin rəhbərliyi ilə görüşlərdə deyib.

Qeyd olunub ki, dövlət başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında dövlətlərarası münasibətlər dinamik və hərtərəfli inkişaf mərhələsini yaşayır. Son illər Azərbaycan ilə Çin arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri inkişaf edərək keyfiyyətcə yeni səviyyəyə yüksəlib, Azərbaycan Prezidentinin cari ilin aprelində Çinə dövlət səfəri zamanı ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanat imzalanıb.

Bildirilib ki, iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi-ticari, o cümlədən sənaye, investisiya, nəqliyyat, energetika, yaşıl enerji, su təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə impuls verir. Azərbaycanda hökm sürən siyasi sabitliyin iqtisadiyyatın müxtəlif sahələrinin inkişafını təmin etdiyi, əlverişli coğrafi mövqe və nəqliyyat-tranzit dəhlizləri sayəsində Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olduğunu, bundan başqa, xüsusi iqtisadi zonalarda və ölkəmizin sənaye parklarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradıldığı vurğulanıb.

Çin şirkətlərinin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəal iştirak etdiyi barədə, o cümlədən onların Azərbaycanla bağlı layihələri haqqında ətraflı məlumat verilib.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.