• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Baş nazir parlamentdə çıxış edib

09.12.2025
İnkişaf, Xəbərlər
Baş nazir parlamentdə çıxış edib
Share on FacebookShare on Twitter

Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır. Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır.

Fortunamag.az xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov dekabrın 9-da Milli Məclisin plenar iclasında çıxışı zamanı söyləyib.

Baş nazir bildirib ki, cari ilin 11 ayında ümumi daxili məhsul 1,6 faiz artıb, o cümlədən qeyri-neft-qaz sektorunda 3,2 faiz artım, neft-qaz sektorunda isə 1,8 faiz azalma qeydə alınıb. İqtisadi artımın dinamikasında nisbətən zəifləmənin əsası neft hasilatının obyektiv səbəblərə görə aşağı düşməsidir.

Ə.Əsədov əlavə edib ki, ölkəmizin strateji valyuta ehtiyatları ildən-ilə artır və bu ilin əvvəlindən də əhəmiyyətli dərəcədə – 12,5 milyard dollar artaraq 83,5 milyard dollardır. Bu da manat ifadəsi ilə 142 milyard manatdır ki, 2025-ci ilə gözlənilən ÜDM-in həcmini üstələyir. Hazırda valyuta ehtiyatlarımız xarici borcumuzdan 17 dəfə çoxdur.

“Bu gün dünyanın iki aparıcı reytinq agentliyi (“Moody’s” və “Fitch”) ölkəmizin kredit reytinqini yüksəldib. Bu, ölkəmizdə iqtisadi dayanıqlığın, fiskal intizamın və əlverişli investisiya mühitinin səviyyəsini təsdiq edir”, – deyə o vurğulayıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.