Baş məşqçi Fernandu Santuşla yollar ayrıldı
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb. AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Fortunamag.az Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına istinadən xəbər verir ki, millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Fortunamag.az
