• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

“Balaca şahzadə” əsəri Musiqili Teatrın səhnəsində

29.12.2025
Mədəniyyət, Xəbərlər
“Balaca şahzadə” əsəri Musiqili Teatrın səhnəsində
Share on FacebookShare on Twitter

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Yeni İl bayramı münasibətilə fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur “Balaca şahzadə” əsəri nümayiş olunub.

Fortunamag.az xəbər verir ki, yenilənən heyət ilə göstərilən səhnə əsərinə Şaxta baba və Qar qız personajları da daxil olub.

Yazıçı-dramaturq İlqar Fəhminin səhnələşdirdiyi tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Ruslan Ağababayevdir.

Tamaşanın bərpaçı rejissoru Sevinc Məmmədova, bərpaçı xoreoqrafı Məhəmməd Abdullayev, rejissor assistenti isə Çimnaz Bağırovadır.

Səhnə əsərində əsas obrazı şəhid Telman Kəlbiyevin övladları Elcan Kəlbiyev və Səid Kəlbiyev canlandırıblar. Onlar AZƏRTAC-ın müxbirinə təəssüratlarını bölüşərək söyləyiblər ki, illərin sənətkarları ilə eyni səhnəni paylaşmaq böyük qürur mənbəyi olub.

Qızılgül obrazına həyat verən Nəzrin İsmayılzadə isə qeyd edib ki, təxminən bir ay davam edən hazırlıq prosesi həm maraqlı, həm də yaddaqalan keçib. “Balaca Şahzadənin başqa planetdə yaşayan yaxın dostunu canlandırıram. Dostluq real həyatda da hər kəs üçün çox vacibdir. Arzu edirəm ki, həyatımızda Balaca Şahzadə kimi səmimi və dəyərli dostlarımız çox olsun”, – deyə N. İsmayılzadə əlavə edib.

Əsərin süjet xətti qəhrəmanın müxtəlif planetlərə səyahətləri üzərində qurulub. Əyləncə və macəra dolu tamaşa dostluq, sevgi, səmimiyyət və insan ruhunun saflığı kimi dəyərləri simvolik şəkildə tərənnüm edir.

Səhnə əsərində Əməkdar artistlər İqrar Salamov, Ələkbər Əliyev, aktyorlar İlahə Rüstəmova, Firuzə Cəfərova, Fərid Rzayev, Elçin İmanov, Nuray Məmmədzadə, Nəzrin İsmayılzadə və digər aktyorlar iştirak ediblər.

“Balaca şahzadə” yanvarın 4-dək davam edəcək.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.