Bakıya ilk qar yağır
Səhər saatlarından etibarən əsən güclü, şaxtalı külək nəticəsini göstərdi.
Fortunamag.az xəbər verir ki, artıq səngimiş küləyin ardından Bakıya ilk qar dənələri düşür. Hazırda yağan sulu və narın qar özünəməxsus gözəlliyini göstərir.
Qeyd edək ki, qonşu ölkələrdə, xüsusilə Türkiyədə yağan güclü qara görə, məktəblər bağlanılıb, onlayn iş rejiminə keçilib.
