Bakıda Zəfər muzeyinin açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda Zəfər abidəsini ziyarət edib və Zəfər muzeyinin açılışında iştirak ediblər.
Fortunamag.az xəbər verir ki, Prezident İlham Əliyev Zəfər abidəsinin önünə əklil qoydu, şəhidlərin xatirəsini ehtiramla andı.
Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstələri düzdü.
Sonra dövlətimizin başçısı və birinci xanım Zəfər muzeyinin açılışında iştirak etdilər.
Fortunamag.az
