Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb
8 Noyabr – Zəfər Günü münasibətilə Bakıda, Dənizkənarı Milli Parkda Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivlərinin iştirakı ilə təntənəli bayram konserti keçirilib. Tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində qazandığı parlaq Qələbənin beşinci ildönümü ölkəmizin hər yerində olduğu kimi, paytaxtda da böyük sevinclə qeyd edilib.
Fortunamag.az
