Bakıda Yeni il atəşfəşanlığı keçirilib
Bu gün ölkəmizin hər yerində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı böyük əhval-ruhiyyə ilə qeyd edilir. Paytaxt Bakımız da bu bayrama xüsusi hazırlaşıb.
Fortunamag.az xəbər verir ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Bakıda atəşfəşanlıq keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan sakinlər və şəhərimizin qonaqları böyük maraqla izləyiblər.
