• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Bakıda BƏƏ-nin milli bayramı qeyd olunub

03.12.2025
İnkişaf, Xəbərlər
Bakıda BƏƏ-nin milli bayramı qeyd olunub
Share on FacebookShare on Twitter

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – müstəqilliyin 54-cü ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub.

Fortunamag.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan və BƏƏ-nin Dövlət himnləri səsləndirilib.

Bayramın əhəmiyyəti barədə danışan BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Birləşmiş Ərəb Əmirliklərinin inkişaf yolundan, dayanıqlı tərəqqiyə əsaslanan strateji potensialından bəhs edib. O, Azərbaycanla yüksək səviyyəli siyasi dialoqun və qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin yeni mərhələyə yüksəlməsində mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, son illərdə ölkələr arasında qarşılıqlı ticarət dövriyyəsi artıb, investisiya, enerji, aviasiya və turizm sahələrində əməkdaşlıq genişlənib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək ölkələrimiz arasındakı dostluq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edib. Nazir BƏƏ Prezidentinin sentyabr ayında Qarabağa tarixi səfərinin iki ölkə arasında həmrəyliyin və qarşılıqlı etimadın bariz nümunəsi olduğunu bildirib. O, ticarət, investisiya, energetika və rəqəmsal iqtisadiyyat sahələrində imzalanmış sənədlərin əməkdaşlığı daha da gücləndirdiyini, bərpaolunan enerji və şəhərsalma layihələrində BƏƏ şirkətlərinin fəal iştirak etdiyini vurğulayıb. Qeyd edib ki, Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi və Birgə İnvestisiya Fondu ölkələr arasında yeni əməkdaşlıq imkanları açıb.

Sonra Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin inkişafına töhfə verən şəxslər mükafatlandırılıb.

Tədbir bədii hissə ilə davam edib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.