Bakıda AQEM-in Gənclər Şurasının 8-ci iclası keçirilib
Noyabrın 12-si Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının 8-ci iclası (AQEM-in Gənclər Şurası) keçirilib.
Fortunamag.az xəbər verir ki, əvvəlcə iclasda Azərbaycanın Dövlət Himni səsləndirilib.
Açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, AQEM-in Baş katibi Kayrat Sarıbay çıxış ediblər.
Daha sonra Gənclər və İdman Nazirliyinin və AQEM Katibliyinin birgə təşkilatçılığı ilə gənclər arasında keçirilən süni intellekt üzrə sənət və esse müsabiqələrinin qalibləri mükafatlandırılıblar.
Proqram çərçivəsində iclasın gündəliyi təsdiq olunub, sonra açılış mərasimi keçirilib.Tədbirdə 19 ölkədən olan 110 iştirakçı yer alıb.
Fortunamag.az
