• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Bakı Yeni ilə belə hazırlaşır

15.12.2025
Xəbərlər
Bakı Yeni ilə belə hazırlaşır
Share on FacebookShare on Twitter

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhərinin və paytaxt rayonlarının icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Fortunamag.az-a bildirilib ki, artıq şəhərin parklarının, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqların və digər dekorativ bəzəklərin quraşdırılması işləri yekunlaşmaq üzrədir.

Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Xəqani Rüstəmov, mərkəzi bulvar küçələri, Xəqani bağı, Azərbaycan prospekti və bir sıra digər ərazilər də bayram üçün xüsusi zövqlə bəzədilir.

“Azneft” dairəsində yeni il şam ağacı kompleksi qurulub, həm şəhər sakinləri, həm də turistlər üçün möhtəşəm və yaddaqalan görüntü yaranır. Həmçinin Mərkəzi park və metronun “Gənclik” stansiyası yaxınlığındakı keçmiş “Antena” sahəsi kimi tanınan parklarda da bəzədilmiş şam ağacları quraşdırılır. Bundan əlavə, paytaxt rayonlarının bir çox küçələrində də bayramla bağlı tərtibat işləri görülüb.

Bu hazırlıqlar yalnız bayram əhval-ruhiyyəsinin yaradılması ilə kifayətlənmir, eyni zamanda, Bakı şəhərinin estetik gözəlliyini, müasir simasını və mədəni zənginliyini bir daha nümayiş etdirir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.