• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib

10.11.2025
Biznes, Xəbərlər
“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib
Share on FacebookShare on Twitter

“AzerGold” QSC tərəfindən hazırlanan “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyası təqdim edilib.

QSC-dən Fortunamag.az-a bildirilib ki, xatirə kolleksiyası Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələri üzərində əldə etdiyi tarixi Qələbənin 5 illiyinə ithaf olunub.

“Zəfər” limitli qızıl sikkə kolleksiyası Azərbaycan xalqının birlik və iradəsini, Vətən uğrunda döyüşən qəhrəman oğullarımızın şücaətini, eləcə də dövlətimizin ərazi bütövlüyünün bərpasını və müdrik siyasətin təntənəsini simvolizə edir.

Qızıl sikkənin mərkəzi elementi Vətən Müharibəsi Memorial Kompleksinin əsas komponenti olan Zəfər Tağı abidəsidir. Zəfər Tağından keçid xalqımızın tarixi Qələbəyə doğru irəlilədiyi simvolik yolun təcəssümüdür. 44 ədəd sütun Vətən müharibəsinin 44 gününü, onun daşıdığı ağac azad edilmiş torpaqlarda bərpa olunan tarixi köklərimizi, bu günümüzü və gələcəyimizi simvolizə edir.

Sikkə üzərində yer alan “8” təsviri, Prezident–Xalq–Ordu birliyi ilə tarixiləşən 8 Noyabr – Zəfər Gününü əks etdirir. Dövlət rəmzlərinin əsas elementlərindən biri olan səkkizguşəli ulduz ornamenti sikkəni haşiyəyə almaqla qazanılmış Qələbənin əzəmətini və əbədiliyini vurğulayır.

Qeyd edək ki, “Zəfər” qızıl sikkə kolleksiyası dövlət şirkətinin sayca 19-cu məhsuludur. Xatirə sikkəsi Azərbaycanda hasil edilən qızıldan limitli sayda, hər çeşid üzrə – 200 ədəd olmaqla 5,10, 20 qram və 1 unsiya çəkilərində istehsal edilib.

Qızıl sikkə kolleksiyası “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən Satış və mübadilə mərkəzində, həmçinin www.azergold.gift onlayn satış platforması vasitəsilə alıcılara təqdim edilir.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.