AZAL “Leonardo” şirkəti ilə müqavilə imzalayıb
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Hava Yolları” QSC “Dubai Airshow 2025” çərçivəsində uçuşların təhlükəsizliyi üzrə ən yüksək beynəlxalq standartlara sadiqliyini təsdiqləyərək həm texnoloji modernizasiya, həm də qlobal təhlükəsizlik baxımından növbəti mərhələyə keçid edib.
QSC-dən Fortunamag.az-a bildirilib ki, AZAL İtaliyanın müdafiə və aerokosmik sənayesinin aparıcı istehsalçısı “Leonardo” ilə yeni nəsil meteoroloji radar sistemlərinin alınması və inteqrasiyası üzrə müqavilə imzalayıb.
2006-cı ildən etibarən iki şirkət arasında tərəfdaşlıq mühəndislik, təchizat və aviasiya layihələri üzrə ardıcıl uğurlarla genişlənərək Azərbaycanın aviasiya infrastrukturunun Avropa texnologiyaları əsasında modernizasiyasına möhkəm baza formalaşdırıb.
Fortunamag.az
