• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

AZAL-dan növbəti yenilik

21.11.2025
Xəbərlər
AZAL-dan növbəti yenilik
Share on FacebookShare on Twitter

AZAL səyahətləri daha rahat edir: minik talonlarını artıq “Apple Wallet” və “GoogleWallet”də saxlamaq mümkündür 

Fortunamag.az xəbər verir ki, 21 noyabr 2025-ci il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL qeydiyyat və uçuşa minik prosesini daha da sadələşdirən yeni rəqəmsal funksiyanı istifadəyə verib.

Bu yenilik sayəsində sərnişinlər minik talonlarını “Apple Wallet” və “Google Wallet” mobil pulqabılarında saxlaya bilərlər. Xidmət AZAL-ın mobil tətbiqi vasitəsilə aviabilet əldə edən bütün sərnişinlər üçün əlçatandır.

Onlayn qeydiyyatdan sonra sərnişinlər sadəcə elektron minik talonunu pulqabına əlavə edə və internet bağlantısı olmadan onu smartfondan təqdim edə bilərlər. Bu həll uçuşa minik prosesini sürətləndirir, hava limanında nəzarət prosedurlarını daha rahat edir və sərnişinləri kağız sənədləri çap etmək zərurətindən azad edir.

Uçuşla bağlı bütün məlumatlar bir yerdə saxlanılır və səyahət boyu əlçatan olur. Bu, xüsusilə tranzit uçuşlar və rouminq zamanı istifadəçilər üçün əlverişli imkan yaradır.

Yeni funksiyanın istifadəyə verilməsi AZAL-ın rəqəmsal xidmətlərin inkişafı və səyahətləri daha komfortlu edən innovasiyaların tətbiqi strategiyasının tərkib hissəsidir. Aviaşirkət gələcəkdə də sərnişinlər üçün müasir və rahat rəqəmsal həllər təqdim etməyi davam etdirəcək.

Yeni funksiyanın istifadəsinə dair qısa video-təlimatla burada tanış ola bilərsiniz: https://youtube.com/shorts/u-TJs6jXKLM?feature=share

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.