“Azərxalça”nın məhsulları dünyanın ən tələbat duyulan xalçaları sırasında təqdim olunub
Dünyanın məşhur, interyer üçün əl istehsalı xalça və tekstil məhsullarında ən son beynəlxalq tendensiya və yeniliklərə həsr olunmuş, İngiltərədə nəşr olunan “COVER” jurnalının builki yeni nəşrində “Azərxalça” ASC-nin müasir xalçaları da yerini alıb. Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, xalça yaradıcılığı ilə yanaşı, incəsənət sahəsində aparıcı nəşr hesab olunan “COVER”in hər buraxılışı saysız-hesabsız interyer dizaynerlər, böyük brendlər və bu sahənin əsas oyunçuları tərəfindən izlənilir. Nəşrin buraxılışında həmçinin xalçalarla yanaşı may ayında Bakıda təşkil olunmuş Beynəlxalq xalça festivalı haqqında da geniş məlumat yayımlanıb.
Fortunamag.az
