• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycanlı rəssamın əsəri Pekində nümayiş olunur

05.01.2026
Xəbərlər
Azərbaycanlı rəssamın əsəri Pekində nümayiş olunur
Share on FacebookShare on Twitter

Çinin paytaxtı Pekində 10-cu Beynəlxalq İncəsənət Biennalesi işə başlayıb.

Fortunamag.az xəbər verir ki, 2 ildə bir dəfə keçirilən sərginin builki mövzusu “Birgəyaşayış“dır. 120 ölkədən 600-dən çox əsərin nümayiş olunduğu sərgidə əsasən rəsm əsərləri nümayiş olunsa da, burada dünya incəsənət ustalarının heykəltaraşlıq əsərləri, fotoşəkilləri, müasir incəsənət nümunələri və videoalar da sərgilənir. Sərginin digər maraq doğuran eksponatları müasir rəqəmsəl texnologiyalar vasitəsilə yaradılan sənət əsərləridir.

Biennaledə Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmiz rəssam Bütünay Haqverdiyevin “Kənd toyu” əsəri ilə təmsil olunur. Əsərdə ənənəvi toyların bəzəyi olan bəy və gəlin yox, toyun canlılığını təmin edən qonaqlar və onların məclisdəki fəaliyyətləri rəngli boyalarla təqdim olunur. Rəssam Azərbaycanın milli toy adətlərində kənd amilini ön plana çıxarmaqla yanaşı, sadə və zəhmətkeş Azərbaycan insanının poetik obrazını ağ kətan üzərində böyük məharətlə canlandırıb. Əsər çinli və xarici incəsənət ustaları, eləcə də ziyarətçilər arasında böyük marağa səbəb olub.

Çinin Ədəbiyyat və İncəsənət Federasiyası, Çin İncəsənət Xadimləri Assosiasiyası və Pekin bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən sərgi yanvarın 28-dək davam edəcək. Sərgi çərçivəsində 1-ci beynəlxalq incəsənət konfransı da keçirilib.

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.