Azərbaycanla İtaliya arasında hərbi təhsil sahəsində yeni imkanlar müzakirə edilib
İtaliyada səfərdə olan Milli Müdafiə Univetsitetinin rektoru general-mayor Gündüz Əbdülov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Müdafiə üzrə Ali Tədqiqatlar Mərkəzini ziyarət edib.
Fortunamag.az xəbər verir ki, bu barədə Müdafiə nazirliyindən məlumat verilib. Əvvəlcə mərkəzinin direktoru general-polkovnik Stefano Mannino Azərbaycan nümayəndə heyətini salamlayaraq onları ölkəsində qəbul etməkdən böyük məmnunluq duyduğunu bildirib. O, iki ölkə arasında hərbi təhsil sahəsində formalaşmış əməkdaşlığın etibarlı tərəfdaşlıq və qarşılıqlı etimada əsaslandığını xüsusi olaraq diqqətə çatdırıb.
Fortunamag.az
