• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycanla Birləşmiş Krallıq arasında konsulluq məsləhətləşmələri keçirilib

31.10.2025
SİYASƏT, Xəbərlər
Azərbaycanla Birləşmiş Krallıq arasında konsulluq məsləhətləşmələri keçirilib
Share on FacebookShare on Twitter

31 oktyabr 2025-ci il tarixində London şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Fortunamag.az Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, konsulluq məsləhətləşmələrində Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Birləşmiş Krallıq nümayəndə heyətinə isə Xarici İşlər, Birlik və İnkişaf Ofisinin Konsulluq və Böhran məsələləri üzrə idarəsinin direktoru Sara Taylor və Mərkəzi Asiya və Şərq Qonşuluğu idarəsinin rəis müavini Mark Klayton rəhbərlik edib.

Məsləhətləşmələrdə Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov, hər iki tərəfin xarici siyasət orqanlarının, Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin rəsmiləri, həmçinin Böyük Britaniyanın Daxili İşlər Ofisinin miqrasiya, viza və hüquqi yardım məsələləri üzrə əməkdaşları iştirak edib.

Məsləhətləşmələr zamanı konsulluq sahəsi üzrə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, o cümlədən müvafiq istiqamətə uyğun ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi, viza məsələləri, həmçinin böhran vəziyyətlərinin idarəolunması mövzularında müzakirələr aparılıb.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsinin, miqrasiya, təhsil, ədliyyə, həmçinin ekstradisiya, mülki və cinayət işləri üzrə hüquqi yardım sahələrində əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.