• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycanın turizm heyəti COP30-da

24.11.2025
Xəbərlər
Azərbaycanın turizm heyəti COP30-da
Share on FacebookShare on Twitter

Braziliyanın Belem şəhərində BMT-nin COP30 tədbiri çərçivəsində turizm və iqlim fəaliyyəti mövzusunda keçirilən yüksəksəviyyəli tədbirlərdə Dövlət Turizm Agentliyinin nümayəndə heyəti ölkəmizi təmsil edib.

Agentlikdən Fortunamag.az-a bildirilib ki, tədbir çərçivəsində təşkil edilən görüş və panel müzakirələrində Dövlət Turizm Agentliyinin nümayəndəsi Günay Bayramova COP29-dan sonra Azərbaycanın apardığı fəaliyyətlər və yeni prioritetlər barədə geniş məlumat təqdim edib.

Günay Bayramova Azərbaycanın COP29-da göstərdiyi liderliyin – xüsusilə “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Bəyannamə”nin qəbuluna verdiyi dəstəyin turizm sektorunun qlobal iqlim gündəmində daha geniş tanınmasına mühüm töhfə verdiyi iştirakçıların diqqətinə çatdırıb.

O bildirib ki, COP29 təcrübəsi turizmin bir çox ölkənin iqlim siyasətində hələ də lazımi qədər nəzərə alınmadığını göstərib və bu səbəbdən milli və beynəlxalq səviyyədə turizmlə iqlim siyasətlərini əlaqələndirə biləcək qlobal tərəfdaşlıq mexanizminin formalaşdırılması zəruridir.

Müzakirələrdə yaradılmaqda olan “Qlobal Tərəfdaşlıq” təşəbbüsünün ölkələr və biznes subyektləri arasında koordinasiyanı gücləndirən mühüm platforma rolunu oynaya biləcəyi bildirilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) bu il noyabrın 10-dan 21-dək Braziliyanın Belem şəhərində keçirilib. Noyabrın 19-20-də “Turizm günləri” təşkil edilib.

Turizm mövzusu COP tarixində ilk dəfə 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri çərçivəsində noyabrın 20-nin “Turizm günü” olaraq gündəliyə daxil edilməsi ilə xüsusi diqqətdə saxlanılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.