• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycanın müdafiə sənayesi naziri Keniya Prezidenti ilə görüşüb

20.11.2025
Xəbərlər
Azərbaycanın müdafiə sənayesi naziri Keniya Prezidenti ilə görüşüb
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Keniya Respublikasında işgüzar səfərdədir.

Nazirlikdən Fortunamag.az -a bildirilib ki, noyabrın 19-da Keniya Prezidenti Uilyam Samoei Ruto nazir V.Mustafayevi qəbul edib.

Görüşdə iki ölkə arasında dinamik inkişaf edən münasibətlərdən məmnunluq ifadə olunub və yüksəksəviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların bu əməkdaşlığın inkişafına xidmət etdiyi vurğulanıb.

Səfər zamanı nazir V.Mustafayev Keniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Çarlz Kahariri ilə görüşüb.

Tərəflər arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Azərbaycanın müdafiə sənayesi sahəsində əldə etdiyi uğurlar, bu çərçivədə beynəlxalq əməkdaşlıq və iki ildən bir keçirilən “ADEX” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi barədə məlumat verib. Həmçinin o, postmünaqişə dövründə işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma, humanitar minatəmizləmə üzrə aparılan genişmiqyaslı işlər, habelə sülh gündəliyində müşahidə olunan irəliləyişlər haqqında qarşı tərəfi məlumatlandırıb.

Görüşlərdə ölkəmizin Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.

V. Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin Keniyadakı səfirliyində olub, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib.

Fortunamag.az

 

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.