• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib

20.10.2025
SİYASƏT, Xəbərlər
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Vatikan Apostol Kitabxanasını ziyarət edib
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 17-də Vatikan Apostol Kitabxanasında olub.

Fortunamag.az Heydər Əliyev Fonduna istinadən xəbər verir ki, Apostol Kitabxanası və Apostol Arxivinin rəhbəri arxiyepiskop Monsenyor Covanni Çezare Paqatzi Birinci vitse-prezident Mehriban Əliyevaya Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi arasında bu yaxınlarda imzalanmış Anlaşma Memorandumu çərçivəsində bərpa olunan və rəqəmsallaşdırılan tarixi əlyazmalar, həmçinin tarixi mənbələr haqqında məlumat verib.

Diqqətə çatdırılıb ki, 2013-cü və 2014-cü illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan Apostol Kitabxanasında aşkar edilmiş Azərbaycanın tarixi və mədəniyyəti, o cümlədən türkdilli irsin qorunması kontekstində əhəmiyyətə malik 75 əlyazmanın bərpası və rəqəmsallaşdırılması artıq həyata keçirilib.

Qeyd olunub ki, Vatikan Apostol Kitabxanası və Vatikan Apostol Arxivi ilə əməkdaşlıq azərbaycanlı alim və tədqiqatçılara burada mühafizə olunan nadir əlyazmalara, qədim xəritələrə, eləcə də müxtəlif dillərdə dəyərli nəşrlərə çıxış imkanı verəcək. Bildirilib ki, bu, gələcəkdə, həmçinin Azərbaycanın tarixi və mədəni irsi barədə yeni və mühüm məlumatların əldə olunmasına şərait yaradacaq.

Xatırladaq ki, Vatikan Apostol Kitabxanası dünyanın ən qədim və zəngin kitabxanalarından biridir. Onun əsası rəsmi olaraq 1475-ci ildə Papa IV Sikstus tərəfindən qoyulub. Bu kitabxanada tarix, din və mədəniyyətlə bağlı 80 mindən çox əlyazma, 1,6 milyondan çox kitab mühafizə olunur. Əsas kolleksiyaları qədim əlyazmalar, inkunabullar (XV əsrə aid kitablar), xəritələr, qravürlər və yazılı sənədlərdən ibarətdir. Kitabxana tədqiqatçıların və alimlərin elmi araşdırmaları üçün açıqdır.

Vatikan Apostol Arxivi Müqəddəs Taxt-Tacın əsrlər boyu topladığı rəsmi sənədlərin, məktubların və inzibati yazışmaların qorunduğu müqəddəs və elmi cəhətdən dəyərli məkandır. Bu arxiv həm kilsə, həm də dünya tarixi baxımından nadir və bənzərsiz irsi özündə cəmləşdirir. Uzun illər “Gizli Vatikan Arxivi” kimi tanınan bu məkanın adı 2019-cu ildə Papa Fransisk tərəfindən dəyişdirilərək Vatikan Apostol Arxivi adlandırılıb.

Dünyanın ən böyük tarixi arxivlərindən biri sayılan Vatikan Apostol Arxivində IX əsrdən günümüzədək olan dövrə aid sənədlər toplanıb. Bu arxiv Katolik Kilsəsinin yaddaşı hesab olunur. Onun funksiyası kilsənin tarixi qərarlarının, mövqelərinin və diplomatik münasibətlərinin gələcək nəsillər üçün saxlanmasını təmin etməkdir. Arxiv birbaşa Papaya tabedir və onun təyin etdiyi prefekt tərəfindən idarə olunur.

Sonda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Apostol Kitabxanasına Azərbaycanın tarixi, təbiəti və mədəni irsinə həsr olunmuş bir sıra kitab və nəşrlər hədiyyə edib.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.