• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: beynəlxalq hüquqi aspektlər” adlı konfrans keçirilib

18.11.2025
İnkişaf, Xəbərlər
“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: beynəlxalq hüquqi aspektlər” adlı konfrans keçirilib
Share on FacebookShare on Twitter

Noyabrın 18-də “İMZA” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası: beynəlxalq hüquqi aspektlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

Fortunamag.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin “İMZA”nın fəaliyyəti barədə videoçarx nümayiş etdirilib.

Konfransda çıxış edənlər arasında “İMZA” İctimai Birliyinin sədri Xəyyam Əsgərov, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatları Nigar Məmmədova, Arzu Nağıyev və digərləri, həmçinin Türkiyənin sabiq səfiri və “İMZA” İB-nin Türkiyə təmsilçisi Hulusi Kılıç, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, onlayn formatda isə pakistanlı beynəlxalq hüquq üzrə ekspert Mohammed Sohail, ABŞ-ın ölkəmizdəki sabiq səfiri Metyu Brayza, Fransa Parlamentinin Fəxri deputatı Jerom Lambert və bir sıra xarici ekspertlər yer alıblar.

Çıxışlarda Azərbaycanın həyata keçirdiyi proqram və təşəbbüslərin dövlət strukturlarının gücləndirilməsinə, hüquq sisteminin təkmilləşdirilməsinə və vətəndaşların hüquqlarının qorunmasına xidmət etdiyi vurğulanıb. Təhsil, infrastruktur və sosial sahələrdə atılan addımların beynəlxalq hüquq və insan haqları prinsiplərinə uyğunluğu diqqətə çatdırılıb.
Konfrans həm milli, həm də beynəlxalq səviyyədə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyi ilə bağlı geniş fikir mübadiləsinə şərait yaradıb.


  

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.