Azərbaycandan Braziliyaya
Noyabrın 10-dan 22-dək Braziliyanın Belem şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 30-cu Sessiyası (COP30), noyabrın 6-7-də isə Sessiyanın Liderlər Zirvəsi təşkil olunub.
Fortunamag.az xəbər verir ki, liderlər Zirvəsində Azərbaycan Respublikasını Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Milli Məclisin sədri Azərbaycan Respublikası adından bəyanat səsləndirib və bir sıra ölkələrin rəhbər şəxsləri ilə ikitərəfli görüşlər keçirib.
Bu barədə Xarici İşlər Nazirliyi heyətinin COP30-da iştirakına dair mətbuat məlumatında qeyd olunub.
Fortunamag.az
