Azərbaycanda günəş və külək enerjisi istehsalı 27 faizədək artıb
2025-ci il üzrə Azərbaycanda elektrik enerjisinin istehsalı 262,3 milyon kilovat-saat, yəni 0,9 faiz artaraq 28 milyard 657,5 milyon kilovat-saat olub.
Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu dövrdə İES-lərdə 24 milyard 823,4 milyon kilovat-saat (1,14 faiz artım), SES-lərdə 2 milyard 842,5 milyon kilovat-saat (5,6 faiz azalma), digər mənbələr üzrə isə 991,6 milyon kilovat-saat (18 faiz artım), o cümlədən külək elektrik stansiyalarında 169,7 milyon kilovat-saat (3,3 dəfə çox), Günəş elektrik stansiyalarında 599,8 milyon kilovat-saat (7,8 faiz artım), Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 222,1 milyon kilovat-saat (4,47 faiz azalma) elektrik enerjisi istehsal edilib.
2024-cü illə müqayisədə külək və Günəş elektrik stansiyalarında 162,3 milyon kilovat-saat və ya 26,7 faiz artımla 769,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
2025-ci ildə elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 25 milyard 591,8 milyon kilovat-saat (İES-lərdə 22 milyard 703,6 milyon kilovat-saat, SES-lərdə 2 milyard 827,1 milyon kilovat-saat, GES-lərdə 61,1 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 27 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 3 milyard 38,7 milyon kilovat-saat təşkil edib.
Fortunamag.az
