Azərbaycanda bu ilin 9 ayında 36 mindən çox nikah bağlanıb
Bu ilin doqquz ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 36 min 332 nikaha daxilolma və 15 min 480 boşanma halı qeydə alınıb.
Fortunamag.az Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2-yə enib.
Fortunamag.az
