Azərbaycan voleybol klubuna yeni baş məşqçi təyin olunub
Qadın voleybolçulardan ibarət “Abşeron” komandasına yeni baş məşqçisi təyin olunub. Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, bu vəzifəyə Haluk Korkmaz gətirilib. Türkiyəli mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Onun köməkçisi bolqarıstanlı Blaqovest Todorov olacaq.
Haluk Korkmaz məşqçisı olaraq son dəfə Türkiyədə “Nilüfer Belediyespor”da çalışıb.
Fortunamag.az
