• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycan və ÜST əməkdaşlığı

18.12.2025
Xəbərlər
Azərbaycan və ÜST əməkdaşlığı
Share on FacebookShare on Twitter

Səhiyyə Nazirliyində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin Yoluxucu xəstəliklər, ətraf mühit və sağlamlıq departamentinin direktoru Robb Batler ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən Fortunamag.az-a verilən məlumata görə, görüş zamanı ÜST-nin Avropa üzrə Regional Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası”nın genişləndirilməsini, Azərbaycanın ÜST-nin Avropa Sağlam Şəhərlər Şəbəkəsinə qoşulma perspektivlərini və digər məsələləri müzakirə ediblər.

Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Azərbaycan ÜST ilə səmərəli əməkdaşlıq edir və ötən müddət ərzində bir sıra birgə layihələr uğurla həyata keçirilib. Teymur Musayev Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sistemində aparılan fundamental islahatlar sayəsində səhiyyə idarəçiliyi və maliyyələşməsinin müasir konsepsiyalara uyğun formalaşdırılması, qabaqcıl beynəlxalq təcrübədən istifadə, yerli və xarici tərəfdaşlarla məhsuldar əməkdaşlığın bu transformasiyaların əsasını təşkil etdiyini vurğulayıb: “Səhiyyə sahəsində aparılan mühüm işlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu da əvəzsizdir. Məhz bu diqqət və dəstək sayəsində səhiyyədə bir çox irəliləyişlərə nail olmaq mümkün olub”.

Azərbaycanın iqlim və sağlamlıq arasında əlaqənin təşviqinə sadiq olduğunu qeyd edən nazir ictimai səhiyyə sahəsində qlobal səylərin birləşdirilməsinin əhəmiyyətinə diqqət çəkib: “2024-cü ilin noyabr ayında Azərbaycanın paytaxtında keçirilən COP29 çərçivəsində “İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası” yaradılıb. Eyni zamanda, Azərbaycan ÜST-nin Pan-Avropa Səhiyyə və İqlim Komissiyasının yaradılmasını yüksək qiymətləndirir”.

Öz növbəsində Robb Batler Azərbaycanın səhiyyə sahəsi, o cümlədən yoluxucu xəstəliklərə qarşı mübarizədə qazandığı uğurları qeyd edərək, bu xüsusda davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ciddi nailiyyətlərin əldə olunduğunu bildirib. Eyni zamanda, COP29 zamanı iqlimə yönəlmiş səhiyyə təşəbbüslərinə Azərbaycanın dəstəyini yüksək qiymətləndirilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.