• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Azərbaycan və Türkiyənin telekommunikasiya üzrə tənzimləyici qurumları birgə layihə icra edəcək

20.11.2025
İnkişaf, Xəbərlər
Azərbaycan və Türkiyənin telekommunikasiya üzrə tənzimləyici qurumları birgə layihə icra edəcək
Share on FacebookShare on Twitter

Bakıda keçirilən “WTDC-25” çərçivəsində Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) və Türkiyənin telekommunikasiya sektorunda tənzimləyici qurumu olan İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTK) nümayəndələri arasında görüş keçirilib.

Fortunamag.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, İKTA-nın İdarə Heyətinin sədri Nail Mərdanov ölkəmizdə rəqəmsal transformasiya sahəsində atılan addımlar, sektorun modernləşdirilməsi və tənzimləmə mexanizmlərinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Bildirilib ki, İKTA ilə BTK arasında əməkdaşlığın inkişafı müasir çağırışlara çevik reaksiya verilməsi, iki ölkənin telekommunikasiya bazarlarında təhlükəsizliyin və xidmət keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Görüşdə radiospektr idarəçiliyi, şəbəkə dayanıqlığı, fövqəladə hallarda qarşılıqlı məlumat mübadiləsi, eləcə də sosial media platformalarının tənzimlənməsi sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Tərəflər gələcək əməkdaşlıq imkanlarını dəyərləndirərək birgə layihələrin icrası barəsində razılığa gəliblər.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.