• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Biznes

Azərbaycan və Türkiyənin qadın sahibkarlarının iştirakı ilə “Türk dünyasında qadın gücü” adlı tədbir keçirilib

16.10.2025
Biznes, Xəbərlər
Azərbaycan və Türkiyənin qadın sahibkarlarının iştirakı ilə “Türk dünyasında qadın gücü” adlı tədbir keçirilib
Share on FacebookShare on Twitter

“Bakı KOB evi”ndə “Türk dünyasında qadın gücü” adlı tədbir keçirilib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı, Türkiyənin Samsun İş Qadınları Dərnəyinin (SAMİKAD) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan tədbirdə qadın sahibkarlar iştirak edib. 

Fortunamag.az “KOBIA”ya istinadən xəbər verir ki, tədbirin məqsədi Azərbaycan və Türkiyənin qadın sahibkarları arasında əməkdaşlığın möhkəmləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, təcrübə və fikir mübadiləsi, həmçinin gələcək birgə layihələr üzrə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasıdır. 

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, SAMİKAD-ın İdarə Heyətinin sədri Şehnaz Dereli, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və digərləri çıxış ediblər. Çıxışlarda qadın sahibkarlığının inkişafı istiqamətində dövlət dəstəyi mexanizmləri, qadınların sosial-iqtisadi həyatda rolunun artırılması, həmçinin Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında qadın sahibkarların rolu barədə məlumat verilib. Həmçinin tədbirdə qeyd edilib ki, “Türk dünyasında qadın gücü” kimi tədbirlər hər iki ölkənin qadın sahibkarlar arasında yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və ortaq təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyətlidir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.