• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ İnkişaf

Azərbaycan və Rumıniya arasında əməkdaşlıq müzakirə olunub

01.12.2025
İnkişaf, Xəbərlər
Azərbaycan və Rumıniya arasında əməkdaşlıq müzakirə olunub
Share on FacebookShare on Twitter

Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanovun Bakau şəhərinə işçi səfəri baş tutub.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, səfər çərçivəsində şəhərin meri Luçian-Daniel Stançiu-Viziteu ilə görüş keçirilib. Görüşdə iki ölkənin regionları arasında münasibətlərin inkişafı, o cümlədən Bakau şəhərinə mədəni və iqtisadi səviyyədə yaxın olan Azərbaycanın şəhərlərinin biri ilə qardaşlıq münasibətlərinin qurulması, potensial əməkdaşlıq sahələrinin müəyyən edilməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi və davamlı əməkdaşlıq əlaqələrinin inkişafı ətrafında fikir mübadiləsi aparılıb.

Səfir qarşı tərəfə Azərbaycanda əlverişli sərmayə imkanları, Azərbaycan ilə Rumıniya arasında strateji cəhətdən böyük əhəmiyyət kəsb edən nəqliyyat və logistika layihələri barədə məlumat verib. Həmçinin diplomat Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri barədə danışıb.

Rumıniya tərəfi öz növbəsində Azərbaycanla əməkdaşlığa maraqlı olduqlarını bildirərək, regionun iqtisadi və biznes imkanlarından danışıb, qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıb.

Görüşdə senator Sebastyan Çernik və deputat Teodor Lazar da iştirak ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.