• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Azərbaycan və Özbəkistan rəssamlarının birgə iştirakı ilə beynəlxalq onlayn sərgi təşkil olunub

13.01.2026
Mədəniyyət, Xəbərlər
Azərbaycan və Özbəkistan rəssamlarının birgə iştirakı ilə beynəlxalq onlayn sərgi təşkil olunub
Share on FacebookShare on Twitter

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı və Özbəkistanın Azərbaycandakı səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “İpək yolu üstündə dostluq” adlı beynəlxalq onlayn sərgi təşkil edilib.

Fortunamag.az “AZƏRTAC”a istinadən xəbər verir ki, layihə Azərbaycan ilə Özbəkistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub.

Sərgidə Azərbaycan və Özbəkistanı təmsil edən ümumilikdə 18 peşəkar rəssamın müxtəlif yaradıcılıq üslublarını və estetik baxışlarını bir araya gətirən əsərləri nümayiş olunub.

Rəsmlər Böyük İpək yolunun formalaşdırdığı ortaq sivilizasiya mühitini, bu kontekstdə Azərbaycan və özbək xalqlarının müştərək tarixi yaddaşını, mədəni-mənəvi irsini müasir bədii təfəkkür prizmasından əks etdirir.

Onlayn sərgi çərçivəsində layihənin ideya və bədii məzmununu tamamlayan kataloq təqdim olunub.

Kataloq Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mədəniyyət komitəsinin sədr müavini, Özbəkistanın mədəniyyət elçisi Günay Əfəndiyevanın “Ön sözü” ilə açılır. Qeyd olunur ki, Azərbaycan–Özbəkistan rəssamlarının “İpək yolu üstündə dostluq” adlı birgə sərgisi iki qardaş ölkənin, qardaş xalqın mədəni birliyinin növbəti gözəl nümunələrindəndir. Deputat iki ölkənin sənətkarlarının eyni mədəni platformada bir araya gətirilməsinin, mədəni-humanitar əməkdaşlığın gücləndirilməsinin önəminə diqqət çəkib.

O, bu təşəbbüsü Azərbaycan ilə Özbəkistan respublikaları arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə töhfə kimi qiymətləndirərək, vurğulayıb: “Layihə iki ölkənin müştərək tarixi dəyərlər və bu gün ortaq siyasi iradə üzərində yüksələn çoxşaxəli tərəfdaşlıq ruhunu sənətin universal dili ilə bir daha əks etdirir. Çox şadam ki, xalqlarımız arasında həyatın müxtəlif sahələri ilə yanaşı, təsviri sənət müstəvisində də yaradıcı dialoq uğurla inkişaf etdirilir. Layihədə əməyi keçən bütün təşkilatçılara və iştirak edən istedadlı rəssamlarımıza təşəkkürümü bildirir, sərginin yaradıcı heyətinə ilham və qarşılıqlı əməkdaşlığın davamlı olmasını arzulayıram. Azərbaycan–Özbəkistan qardaşlığının sənətdə təcəssümü ortaq mədəni irsimizi bir daha canlandırsın!”

Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov giriş sözündə layihəni iki qardaş xalq arasında dərin tarixi, mədəni və mənəvi əlaqələrin parlaq rəmzi kimi qiymətləndirir: “İncəsənət universal bir dil kimi Böyük İpək yolu boyunca əsrlər boyu formalaşmış dəyərlərin, ənənələrin və dünyagörüşünün ümumiliyini aydın şəkildə əks etdirir. Bu onlayn sərginin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, o, Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub. Bu illər ərzində ölkələrimiz qarşılıqlı hörmətə, etimada və dəstəyə əsaslanan möhkəm strateji tərəfdaşlıq münasibətləri formalaşdırıblar. Bu əhəmiyyətli mədəni layihənin təşkilinə bilavasitə dəstək göstərdiyinə görə Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə səmimi təşəkkürümü bildirirəm. Əminəm ki, bu sərgi Özbəkistan ilə Azərbaycan arasında dostluğun möhkəmlənməsinə və humanitar əməkdaşlığın inkişafına növbəti töhfə olacaqdır”.

Layihənin Azərbaycan üzrə kuratoru Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva, Özbəkistan üzrə kuratoru – Özbəkistan Rəssamlarının Yaradıcı Birliyinin üzvü Xurşed Xalilovdur.

Onlayn sərginin kataloqunun tərtibatçısı Naxçıvan MR Rəssamlar Birliyinin fotoqraf-dizayneri Araz Xudiyevdir.

Qeyd edək ki, “İpək yolu üstündə dostluq” layihəsi uzunmüddətli mədəni təşəbbüs kimi planlaşdırılıb və təqdim olunan sərgi bu layihənin ilk hissəsini təşkil edir.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.