• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Azərbaycan SİYASƏT

Azərbaycan və Özbəkistan parlamentarilərinin onlayn görüşü keçirildi

03.10.2025
SİYASƏT, Xəbərlər
Azərbaycan və Özbəkistan parlamentarilərinin onlayn görüşü keçirildi
Share on FacebookShare on Twitter

Oktyabrın 2-də Azərbaycan və Özbəkistan parlamentlərindəki qarşılıqlı dostluq qruplarının onlayn görüşü keçirilib.

Fortunamag.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, Milli Məclisin İntizam komissiyasının sədri, parlamentin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov görüşdə çıxış edib. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə təbriklərini çatdıran komissiya sədri bildirib ki, prezidentlərimiz arasındakı qardaşlıq münasibətləri və fəal siyasi dialoq sayəsində bu gün bir çox sahələrdə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf etməkdədir. Eldar İbrahimov yüksək səviyyəli əlaqələrin parlament müstəvisində də uğurla davam etdirildiyini deyərək, parlamentlərimiz arasında qurulan səmərəli əməkdaşlıq münasibətləri, parlamentarilərimizin beynəlxalq təşkilatlarda və digər platformalarda birgə fəaliyyəti barədə fikirlərini bölüşüb.

Tədbirdə Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun həmsədrləri – senator Odiljon Mamatkarimov və deputat Alişer Kodirov çıxış edərək dövlət başçılarımızın siyasi iradəsi sayəsində möhkəm dostluq və qardaşlıq üzərində qurulan Azərbaycan-Özbəkistan münasibətlərinin genişləndirilməsi, bu istiqamətdə parlamentlərimizin verə biləcəyi töhfələr barədə danışıblar.

Sonra hər iki tərəfdən parlamentlərarası əlaqələr üzrə qrupların üzvləri – Musa Quliyev, Günay Əfəndiyeva, Elman Nəsirov və Munojat Yolçuyeva qanunvericilik orqanlarında dostluq qruplarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti, parlament strukturları arasında əməkdaşlığın və təcrübə mübadiləsinin inkişaf etdirilməsi barədə düşüncələrini bildiriblər.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Videokonfransda Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü  Aydın Hüseynov, Özbəkistan Ali Məclisinin Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.