• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycan və Macarıstan Energetika İşçi Qrupunun 5-ci iclasını keçirib

04.09.2025
Xəbərlər
Azərbaycan və Macarıstan Energetika İşçi Qrupunun 5-ci iclasını keçirib
Share on FacebookShare on Twitter

Azərbaycan və Macarıstan energetika sahəsində əməkdaşlığı gücləndirir: Energetika İşçi Qrupunun 5-ci iclası onlayn formatda keçirilib.

İclasda işçi qrupun həmsədrləri – Azərbaycanın Energetika Nazirliyi aparatının rəhbəri Zaur Məmmədov və Macarıstan Xarici İşlər və Ticarət Nazirliyi Energetika və İqlim Diplomatiyası Departamentinin rəhbəri Isabella Feyerabend iştirak ediblər.

Zaur Məmmədov çıxışında vurğulayıb ki, işçi qrup iki ölkə arasında əməkdaşlığın inkişafına uğurla töhfə verir və energetika tərəfdaşlığı uzunmüddətli qarşılıqlı fəaliyyət nəticəsində strateji xarakter alıb. O, neft-qaz sahəsində əməkdaşlığın qarşılıqlı faydalı tərəfdaşlığa çevrildiyini qeyd edib və Azərbaycan və Macarıstan enerji şirkətləri arasındakı əlaqələri yüksək qiymətləndirib. Həmçinin, Macarıstanın Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məsləhət Şuralarına, Bakı Enerji Həftəsinə qatılımı və COP29 hazırlıqlarında Azərbaycan təşəbbüslərinə dəstəyi xüsusi vurğulanıb.

İzabella Feyerabend çıxışında energetika sahəsində birgə layihələrin uğurlu inkişafını, infrastruktur imkanlarının əhəmiyyətini, “yaşıl” enerji və tənzimləmə sahəsində təcrübə mübadiləsini, həmçinin enerji səmərəliliyi sahəsində əməkdaşlığın genişlənmə perspektivlərini qeyd edib.

İclas çərçivəsində 4-cü iclasdan sonra görülən işlər, neft-qaz, bərpa olunan enerji, tənzimləmə və enerji səmərəliliyi sahəsində əməkdaşlıq barədə hesabatlar dinlənilib. Nəticədə Azərbaycan və Macarıstan arasında Energetika İşçi Qrupunun 5-ci iclasının protokolu imzalanıb.

 

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.