• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
FORTUNA Magazine
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
FORTUNA Magazine
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycan və İsrail arasında fövqəladə hallarla bağlı əlaqələrin inkişaf etdirilməsinə dair müzakirələr aparılıb

14.11.2025
Xəbərlər
Azərbaycan və İsrail arasında fövqəladə hallarla bağlı əlaqələrin inkişaf etdirilməsinə dair müzakirələr aparılıb
Share on FacebookShare on Twitter

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

FHN-in mətbuat xidmətindən Fortunamag.az-a verilən məlumata görə, Kəmaləddin Heydərov səfir Ronen Krauszu səmimi salamlayaraq, ölkəmizdə fövqəladə və səlahiyyətli səfir təyin olunması münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan ilə İsrail arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin daim genişləndiyini xatırladan nazir bu çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında səmərəli əməkdaşlığın uğurla davam etdirildiyini bildirib.

Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə görülən işlər barədə səfirə ətraflı məlumat verən Kəmaləddin Heydərov qurumlar arasında müxtəlif istiqamətlər üzrə əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb.

Səmimi görüşə və təbrikə görə təşəkkürünü bildirən səfir Ronen Krausz iki ölkə arasında münasibətlərin, o cümlədən fövqəladə hallarla mübarizə sahəsində əməkdaşlığın inkişaf səviyyəsindən məmnunluq ifadə edib. Səfir fövqəladə halların idarə edilməsi üzrə uyğun qurumlar arasında əlaqələrin genişləndirilməsinin qarşılıqlı faydasını qeyd edib, bu istiqamətdə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fortunamag.az

Sağ Banner
FORTUNA Magazine

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.