Azərbaycan və İsrail arasında enerji və ticarət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
İsraildə keçirilən Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə əməkdaşlığa dair müzakirələr aparılıb.
Fortunamag.az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın 4-cü iclası keçirilib.
İclasda iqtisadiyyat naziri, Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarov vurğulayıb ki, Azərbaycan İsraillə əməkdaşlığı strateji baxımdan mühüm hesab edir və əlaqələrin daha da genişləndirilməsində maraqlıdır. İqtisadi, mədəni, humanitar və digər sahələrdə əlaqələrimiz son üç onillikdə dinamik inkişaf edib.
Fortunamag.az
