• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Mədəniyyət

Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan musiqi axşamı

01.12.2025
Mədəniyyət, Xəbərlər
Azərbaycan-Türkiyə qardaşlığına həsr olunan musiqi axşamı
Share on FacebookShare on Twitter

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Bir millət, iki dövlət” adlı konsert proqramı təşkil olunub.

Fortunamag.az xəbər verir ki, Azərbaycan-Türkiyə qardaşlığına və mədəni birliyinə həsr olunan konsertdə iki ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Xaricdə Yaşayan Türklər və Qohum Topluluqları İdarəsinin sədri Abdulhadi Turus, Elazığ Mədəniyyət və Tanıtma Fondunun sədri Kadirhan Süngüroğlu çıxış edərək iki ölkə arasındakı mədəni əməkdaşlığın önəmini vurğulayıblar.

Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri dünyaşöhrətli dirijor Bujor Hoinic və dirijor beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarovun rəhbərliyi ilə çıxış edib. Solistlər Zeynep Halvaşi (metso-soprano), Feryal Türkoğlu (soprano), Aydın Uştuk (tenor), Mehmet Yılmaz (bas-bariton) və Turqay Coşkun (qanun) mahir ifaları ilə könülləri oxşayıblar.

Proqramda Bujor Hoinicin “Harput” simfonik poeması (10 hissədə), Niyazinin “Türk marşı”, “Qaytağı”, Ü.Hacıbəylinin “Çırpınırdı Qara dəniz” əsərləri və “Sarı gəlin” Azərbaycan xalq mahnısı səslənib.

Sonda Elazığ Mədəniyyət və Tanıtma Fondu tərəfindən hər iki dirijora xatirə hədiyyələri təqdim edilib.

Konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.