• HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ
Azərbaycan dili English Русский
Fortunamag.az
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
No Result
View All Result
Fortunamag.az
No Result
View All Result
Sol Banner
ANA SƏHİFƏ Xəbərlər

Azərbaycan şirkətinin ABŞ-da təqdimatı: Süni intellekt seysmik tədqiqatlarda tətbiq olundu

09.09.2025
Xəbərlər
Azərbaycan şirkətinin ABŞ-da təqdimatı: Süni intellekt seysmik tədqiqatlarda tətbiq olundu
Share on FacebookShare on Twitter

Azərbaycan şirkəti GL Group regionda ilk dəfə olaraq süni intellektdən istifadə etməklə “post-stack” seysmik məlumatların emalı texnologiyasını quruda yerləşən neft-qaz yataqlarında tətbiq edib. Bu nəticələr ABŞ-ın Hyuston şəhərində keçirilən IMAGE 2025 beynəlxalq konfransında təqdim olunub.

IMAGE 2025 geologiya və mühəndislik sahəsində dünyanın ən böyük illik forumudur. Tədbir SEG (Exploration Geophysicists Cəmiyyəti), AAPG (Amerika Neft Geoloqları Assosiasiyası) və SEPM (Sedimentologiya Cəmiyyəti) tərəfindən təşkil olunub. Bu il tədbirə 93 ölkədən 7,800-dən çox iştirakçı, 1,100-dən artıq elmi təqdimat, 260 sərgi iştirakçısı qatılıb.

GL Group nümayəndələri – Kənan Əliyev (Layihələrin idarəolunması direktoru) və Leyla İsmayılova (petrofizik) Kursəngi və Qarabağlı yataqlarında süni intellektin tətbiqi ilə bağlı təcrübələrini bölüşüblər. Onların sözlərinə görə, bu texnologiya əvvəllər tam işlənmiş hesab edilən yataqlarda yeni inkişaf imkanlarının aşkarlanmasına şərait yaradıb.

Layihə ABŞ-ın Waverity şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Süni intellekt alqoritmləri mövcud seysmik məlumatların keyfiyyətini əhəmiyyətli dərəcədə artıraraq, ənənəvi üsullarla aşkar edilməyən daha dərin zonaların üzə çıxarılmasına imkan verib.

GL Group-un baş direktoru Asif Zeynalov vurğulayıb ki, əldə olunan nəticələr şirkətin yüksək texnologiyaların və rəqəmsal həllərin tətbiqi strategiyasını gücləndirir. Şirkət həmçinin öz təqdimat çərçivəsində tədqiqat və yataqların işlənməsi üzrə yeni təşəbbüsləri barədə texniki poster sessiyası da keçirib.

Fortunamag.az

Sağ Banner
Fortunamag.az

Müəllif hüquqların qorunması ilə bağlı suallar üçün bu ünvana müraciət edin: office@fortunamagazine.az
Saytdakı materiallardan istifadə edildikdə, məqaləyə hiperlink vermək mütləqdir!

  • HAQQIMIZDA
  • REKLAM
  • ƏLAQƏ

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Xəbərlər
  • Azərbaycan
    • SİYASƏT
    • TARİX
  • Rəsmi söhbət
  • Özəl fikir
  • Fortunanın qonağı
  • Biznes
  • İnkişaf
  • Mədəniyyət
  • İdman
  • Tale simfoniyası
Azərbaycan dili English Русский

© 2025 Fortunamag - Bütün hüquqları qorunur.