Azərbaycan şahmatçıları Avropa ikincisi olub
Fortunamag.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, Gürcüstanın Batumi şəhərində keçirilən komandalar arasında şahmat üzrə Avropa çempionatı başa çatıb. Azərbaycanın kişi şahmat millisi turniri 13 xalla ikinci pillədə tamamlayaraq gümüş medal qazanıb. Qalib 15 xalla Ukrayna, bürünc mükafatçı isə Serbiya olub. Qadınlardan ibarət milli komandamız isə yarışı 10-cu yerdə bitirib.
Fortunamag.az

