Azərbaycan Qazaxıstanda “Yeni İpək Yolu” forumunda təmsil olunub
Globalart.az “AZƏRTAC”a istinadən xəbər verir ki, forumda Azərbaycan tərəfi Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə iştirak edib. Forumda nəqliyyat dəhlizlərinin inkişafı, regional logistik imkanların reallaşdırılması və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi məsələləri əsas müzakirə mövzuları sırasında olub.
Tədbir çərçivəsində “Nəqliyyat əlaqələrinin qurulması və dəhlizlərin uyğunlaşdırılması” mövzusunda panel iclası, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin nəqliyyat nazirlərinin VIII iclası və TMTM iştirakçılarının yüksək səviyyəli görüşü təşkil edilib.
Fortunamag.az

