Azərbaycan Qahirədə D8 qrupunun səhiyyə nazirlərinin konfransında təmsil olunub
Qahirədə inkişaf etməkdə olan İslam ölkələrinin daxil olduğu D8 qrupunun səhiyyə nazirlərinin birinci konfransı keçirilib. Tədbirdə D8-ə üzv dövlətlərin nümayəndə heyəti iştirak edib. Ölkəmizi tədbirdə səhiyyə nazirinin müavini Rasim İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Fortunamag.az Misirin Səhiyyə və Əhali Nazirliyinə istinadla xəbər verir ki, üç gün davam edən konfransın sonunda “Səhiyyə üzrə Qahirə Birgə Nazirlər Bəyannaməsi” qəbul edilib.
Sənəddə səhiyyənin fundamental insan hüququ və davamlı inkişafın təməl daşı olduğu vurğulanır. Ümumi əhalisi 1,2 milyardı keçən üzv dövlətlər arasında regional səhiyyə təhlükəsizliyinə və hərtərəfli səhiyyə imkanlarına nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Fortunamag.az
